Xarici ölkələrdə ödənilən məbləğlərin gəlirdən çıxılmasına icazə verilir? (7-ci  yazı)

Xarici ölkələrdə ödənilən məbləğlərin gəlirdən çıxılmasına icazə verilir? (7-ci  yazı)

Vergilər Nazirliyinin Vergi siyasəti Baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev xarici ölkədə ödənilən xərclərin gəlirdən çıxılması ilə bağlı suala aydınlıq gətirib: “İlkin olaraq bildirmək istəyirəm ki,  Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, qəbzin malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmaması bütün qəbzlərə aid edilmir. Vergi ödəyicisinin sahibkarlıq məqsədilə faktiki çəkdiyi xərclər onun gəlirindən çıxılır. Çek və qəbzlə təqdim olunan sənədlər isə bazar qiyməti nəzərə alınmaqla gəlirdən çıxıla bilər. Ölkə hüdudlarından kənarda çəkilən sahibkarlıq fəaliyyəti ilə bağlı xərclər üçün elektron qaimə-faktura alınması mümkün olmadığı üçün, xarici ölkənin təqdim etdiyi ödəniş sənədləri və biznes kartları vasitəsilə həyata keçirildiyi halda bank çıxarışları ilə rəsmiləşdirilməlidir. Vergi ödəyiciləri gəlirdən çıxılması üçün həmin sənədləri vergi orqanına təqdim edir. Vergi orqanının rəyinə uyğun olaraq, vergi ödəyici həmin xərclərin gəlirdən çıxa bilər.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən  "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər